<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Hər yerə gedərəm Rəbb İsa ilə İL449</title>
<lyrics>[V1]
 Hər yerə gedərəm Rəbb İsa ilə,
 Yolumda təhlükə olsa da belə.
 Heç nədən qorxmaram Rəbb İsa ilə,
 Mən yalnız Onunla xoşbəxt olaram.

[C1]
   Hər yerə gedərəm Ona güvənib,
   Bilirəm, hər yerdə mənə arxadır.
   Hər yerə gedərəm Rəbb İsa ilə,
   Xilaskar ilə.

[V2]
 Hər an yanımdadır, yaxındır Məsih
 Hamı tərk etsə də, O mənimlədir.
 Mənə yol göstərər çətin anımda,
 Hər yerdə xoşbəxtəm mən İsa ilə.

[V3]
 Nəhayət, dünyadan köçdüyüm zaman
 Səninlə olaydım mənim Rəbb İsam.
 Layiq olmaq üçün verdiyin vədə,
 Sənin tək olaydım, mənim Rəbb İsam</lyrics>
<hymn_number>449</hymn_number>
</song>